Maduro 73-cü BMT Baş Assambleyasının ən uzun nitqi ilə çıxış edib
2 Oktyabr 2018 11:29 DünyaVenesuela prezidenti Nikolas Maduro BMT Baş Assambleyasının 73-cü sessiyasının Yüksək səviyyəli ümumsiyasi müzakirələrərində ən uzun nitq ilə çıxış edib.
Bu barədə mətbuat konfransı zamanı sessiyanın sədri Mariya Fernanda Espinosa Qarses bildirib.
Sədr deyib: "Bu il ən uzun nitq 48 dəqiqə davam edib, ən qısa isə - 5 dəqiqədən az. Ən uzun nitqlə Venesuela prezidenti çıxış edib, ən qısa nitqlə isə - Litva prezidenti".
Qeyd edək ki, BMT Baş Assambleyasında ən uzun nitqlə Kuba inqilabının lideri Fidel Kastronun 1960-cı ildə çıxış edib. Onun çıxışı 4 saat 29 dəqiqə davam edib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31