Pentaqonun rəhbəri Pekinə səfərini təxirə salıb

ABŞ-ın müdafiə naziri Ceyms Mettis oktyabr ayına Pekinə planlaşdırılan səfərini təxirə salıb.

Bu barədə "CNN" telekanalı ABŞ administrasiyasının adı açıqlanmayan əməkdaşına istinadən xəbər verir.

Əvvəlcə güman edilirdi ki, Pentaqonun rəhbəri Pekinə səfər edəcək və orada çin rəsmiləri ilə təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Telekanalın məlumatına əsasən, səfərin təxirə salınmasına dair qərar Pekin və Vaşinqton arasındakı münasibətlərdə artan gərginliyin fonunda qəbul edilib.

Bununla belə, Pentaqonda səfərin təxirə salınmasını hələki təsdiq etməyiblər.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31