Türkiyədə xüsusi əməliyyat: bu dəfə 140 kq-dan çox heroin müsadirə olundu
2 Oktyabr 2018 11:10 DünyaTürkiyənin cənub-şərqində, Van vilayətində aparılmış xüsusi əməliyyat nəticəsində 141 kiloqram heroin müsadirə olunub.
Əməliyyat zamanı bir nəfər saxlanılıb. Onun Türkiyə vətəndaşı olduğu bildirilir.
Həmçinin araşdırma zamanı saxlanılan şəxsin PKK terror təşkilatı ilə sıx əlaqəsi olduğu məlum olub.
Qeyd edək ki, ötən gün Çorum vilayətində 176 kq heroin müsadirə olunub. Narkotik vasitənin Vandan gətirildiyi bildirilir.
Xatırladaq ki, 2017-ci ildə Türkiyədə 20 min ton heroin müsadirə edilmişdi.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31