Nobeli sarsıdan zorlama skandalı - 2 il həbs

İsveç məhkəməsi Nobel mükafatı qalmaqalının mərkəzində olan fransız fotoqraf Jan-Klod Arnaulta zorlama maddəsi ilə 2 il həbs cəzası verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 72 yaşlı fotoqraf ötən ay 2011-ci ildə yaşanan 2 zorlama iddiasına görə məhkəməlik olub. Ötən gün keçirilən sonuncu məhkəmə prosesində eyni qadın tərəfindən irəli sürülən 2 ittihamın biri əsassız sayılsa da digəri sübuta yetirilib. Arnault 2 il həbs cəzası ilə yanaşı qarşı tərəfə 12 min dollar təzminat da ödəməli olacaq.

Qadının kimliyi isə məhkəmə tərəfindən gizli saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31