Küveyt ABŞ-a neft ixracını dayandırıb

Küveyt sentyabr ayında ABŞ-a neft ixracını dayandırıb.

Bu, İraqla hərbi münaqişələrin baş verdiyi 1992-ci ildən sonra ilk dəfədir baş verir.

Bu, Asiya ölkələrində enerji daşıyıcılarının ABŞ-dan daha yüksək qiymətə satılması ilə bağlıdır.

"İrana qarşı mövcud sanksiyalar başqa neft istehsalçılarına ABŞ-dan baha olduğu üçün Asiyaya daha çox neft satmaq fürsəti verir" - "Lipow Oil Associates" məsləhətçi şirkətinin rəhbəri Andi Lipou bildirib.

"Bloomberg" qeyd edib ki, Küveyt neftinin bir bareli ABŞ-da 79 dollara, Asiya bazarlarında isə, təqribən, 80 dollara satılır.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31