“Erməni diasporasına boyun əyən qərarlara hörmətimiz yoxdur”
1 Oktyabr 2018 18:53 DünyaTürkiyə prezidenti köməkçisi Fuad Oqtay bu gün Ankarada etdiyi çıxışda Türk Tarix Qurumunun 1915-ci il hadisələri ilə bağlı yalanlara qarşı mübarizə apardığını bildirib.
O, son illər yaşanan hadisələrin iftiranı yayanların gerçəyin fərqində olduğunu göstərdiyini deyib.
Qeyd edib ki, həmin tarixi hadisəni tarixçilərin, elm adamlarının araşdırmasından qaçırlar: "Bu məsələni çox zaman basqı və şantajla əldə etdikləri parlament qərarları ilə çözə biləcəklərini düşünürlər. Erməni diasporasına boyun əyərək türk tezislərini qadağan edən parlament qərarlarına hörmət etmirik. Gücünü xalqından alan və milli iradənin təmsilçisi olan bir qurumun azğınlığın şantajı ilə geri çəkilməsi mümkün deyil".
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31