Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı referendum etibarsız sayılıb
1 Oktyabr 2018 17:12 DünyaMakedoniya Respublikasının adının dəyişdirilməsi ilə bağlı Yunanıstanla hökumətlərarası müqavilənin imzalanmasına dair sentyabrın 30-da keçirilmiş referendum etibarsız sayılıb.
Bu barədə mətbuat konfransında Makedoniyanın Dövlət Seçki Komissiyasının (DSK) sədri Oliver Derkoski bülletenlərin hamısının hesablanmasından sonra məlumat verib.
"2018-ci ildə keçirilmiş referendumda səsvermənin təsdiqlənmiş nəticələrinə əsasən, qərar qəbul edilmir, çünki seçki siyahılarında olan seçicilərin yarısı səs verməyib", - deyə o bildirib.
DSK-nın məlumatına görə, yekun seçici fəallığı 36,91% təşkil edib. Onlardan 91,46%-i (609 mindən çox vətəndaş) Yunanıstanla hökumətlərarası müqavilənin imzalanmasının lehinə, 5,65%-i isə əleyhinə səs verib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31