Kiyevdə “Miss-Ukrayna-2018” seçildi

"Miss Ukrayna-2018" gözəllik müsabiqəsinin yeni qalibinin adı açıqlanıb.

Veronika Didusenko qaydaları pozduğu üçün tacı əlindən alınıb və qalib olaraq Herson vilayətini təmsil edən 19 yaşlı Loenila Quz "Miss Ukrayna" seçilib.

Didusenko Quzu qələbə münasibətilə təbrik edib. 20 sentyabrda keçirilən final mərhələsində Leonila yer tutmamışdı. Çünki jürinin fikrinə görə, ingilis dilini çox zəif bilən gözəl titular layiq deyildi.

Bundan sonra isə Ukraynanı "Dünya gözəli-2018" müsabiqəsində Leonila təmsil edəcək. Müsabiqə Çinin Xaynan adasında 9 dekabr tarixində keçiriləcək.
Qeyd edək ki, Veronika uşaq sahibi olduğunu gizlətdiyi üçün tacı əlindən alıb.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31