Ev yandı: 2-si uşaq olmaqla 5 nəfər öldü

Rusiyanın Kamçatka diyarında fərdi evdə güclü yanğın baş verib.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Petropavlovsk-Kamçatsk şəhərində qeydə alınıb. Yanğın söndürüldükdən sonra hadisə yerində 5 nəfərin, o cümlədən 2 və 9 yaşlı uşağın yanmış meyiti aşkarlanıb.

İlkin versiyaya görə, yanğına səbəb elektrik xəttində qısa qapanma olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31