Rusiyada azərbaycanlı iş adamı yaşadığı evdə ölü tapılıb
Rusiyanın Novosibirsk şəhərində azərbaycanlı iş adamı yaşadığı evdə ölü vəziyyətində tapılıb
24 Mart 2018 16:31 DünyaRusiyanın Novosibirsk şəhərində azərbaycanlı iş adamı yaşadığı evdə ölü vəziyyətində tapılıb.
Əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1982-ci il təvəllüdlü İsmayılov Qorxmaz Hüseyn oğlunun meyitini martın 22-si səhər tezdən qonşuları onun evində aşkarlayıb.
Meyit üzərində heç bir zorakılıq halı aşkarlanmasa da, Q.İsmayılovun yaxınları onun sağlamlığı ilə bağlı heç bir probleminin olmadığını bildirib.
Azərbaycanlı iş adamı Novosibirskdə mebel sexlərinin sahibi olub. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31