Ərdoğandan əməliyyat mesajı: Başlayırıq...

Biz dedik ki, vətənimizi bölə bilməyəcəklər, lazım gəlsə, onları yuvalarına qədər qovacağıq. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsun şəhərində çıxışı zamanı deyib.

"Hazırda da qovmağa davam edirik. Afrində bunu bir daha sübut etdik. Artıq yorğun deyilik. Afrinin tamamilə azad edilməsindən sonra diriliş dövrünə başlayırıq. Daim bizi bölmək istəyənlərə qarşı birlikdə mübarizə aparacağıq", - Ərdoğan bildirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31