Türkiyədə təyyarə qəzaya uğradı: pilot öldü - YENİLƏNDİ
23 Mart 2018 00:40 DünyaTürkiyənin Nevşehir şəhərində qəzaya uğrayan "F-16" qırıcı təyyarəsinin pilotu həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının nümayəndəsi məlumat yayıb. Qəzadan sonra əməliyyat-axtarış tədbirləri nəticəsində təyyarənin qalıqları və pilotun meyiti aşkar olunub.
***
Türkiyənin Nevşehir bölgəsində Gülşehir rayonu ərazisində hərbi təyyarə qəzaya uğrayıb.
Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada F-16 qırıcısının təlim zamanı qəzaya uğradığını bildirib.
Xəsarət alanlar barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31