Milyarderlər ABŞ-da bir gündə 114 milyard itirdi

ABŞ fond bazalarının gözlənilmədən düşməsi dünyanın 500 ən varlı insanına zərər vurub. Bu barədə informasiyanı “Blomberq” agentliyi yayıb. Agentlik fond bazarlarının geriləməsinin bu şəxslərə 114 milyard dollar zərər vurduğunu bildirib.

ABŞ fond bazalarının gözlənilmədən düşməsi dünyanın 500 ən varlı insanına zərər vurub. Bu barədə informasiyanı "Blomberq" agentliyi yayıb. Agentlik fond bazarlarının geriləməsinin bu şəxslərə 114 milyard dollar zərər vurduğunu bildirib.

Geriləmədən ən çox zərəri Uorren Baffet görüb. O, bir günə 5,1 milyard dollar itirib. İkinci yerdə Feysbukun sahibi Mark Zukerberq qərarlaşıb - 3,6 milyard. İlk üçlüyü 3,3 milyard dollarlıq itki ilə "Amazon"un rəhbəri Cef Bezos qapadıb. Ondan sonrakı yerlərdə isə Quqlun yaradıcıları Larri Peyc və Sergey Brin (2,3 milyard), eləcə də Maykrosoftun rəhbəri Bil Qeyts (2,25 milyard) qərarlaşıb.

Qeyd edək ki, bazar ertəsi ABŞ-ın fond bazarları 3,8-4,6% geriləyib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31