Valilik: Ankaradakı partlayışa bomba səbəb olub
2 Fevral 2018 22:47 DünyaÖtən gün Ankarada vergi müfəttişliyinin binasında baş verən partlayışa bomba səbəb olub.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Ankara valiliyinin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, partlayıcı qurğunu binaya PYD terror təşkilatı ilə əlaqəli şəxs keçirib. Onun Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən məhv edildiyi bildirilir. Hadisə ilə əlaqədar 8 nəfər saxlanılıb.
Qeyd edək ki, fevralın 1-də Ankarada Çukurambar rayonunda, vergi müfəttişliyinin binasında partlayış baş verib. İnsident nəticəsində 3 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31