MKİ Şimali Koreya liderini aradan götürə bilər

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo Şimali Koreya liderinə qarşı sui-qəsd təşkil edilməsi imkanlarına aydınlıq gətirib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo Şimali Koreya liderinə qarşı sui-qəsd təşkil edilməsi imkanlarına aydınlıq gətirib.

Ona ünvanlanan "Şimali Koreya raket zərbəsi endirməzdən əvvəl Kim Çen İn aradan götürülə bilərmi" sualına Pompeo "müxtəlif variantlar mümkündür" cavabını verib. O, Amerikanın Şimali Koreya məsələsində kifayət qədər ciddi olduğunu bildirib:

"Tramp bu konfliktin kütləvi insan ölümü və dağıntılara səbəb olacağı ilə bağlı özünə hesabat verir. Bizim məqsədimiz prezidentə mümkün ssenarilər arasında seçim etmək imkanı verən kəşfiyyat məlumatlarını təqdim etməkdir". Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31