Okeaniyada 50 nəfəri daşıyan bərə yoxa çıxıb
27 Yanvar 2018 14:21 DünyaYeni Zelandiya və Kiribati Respublikasının xilasedici qüvvələri Sakit okeanda yoxa çıxan, göyərtəsində 50 nəfərin olduğu bərənin axtarışını aparır.
RİA "Novosti" xəbər verir ki, yanvarın 18-də Nonouti adasından çıxan bərə iki gün sonra Kiribatinin paytaxtı Tarava şəhərinə çatmalı idi.
Yanvarın 20-də yerli hökuməti tərəfindən başlanılan axtarış-xilasetmə əməliyyatına bu həftə Yeni Zelandiyanın Xilasetmə Xidməti qoşulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31