36 aviareys təxirə salındı, 13-ü ləğv edildi

Bu gün əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvada 36 aviareys təxirə salınıb, 13 aviareys ləğv edilib. Domodedovo aeroportunda 9 reys təxirə salınıb, 12 reys ləğv edilib.

Bu gün əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvada 36 aviareys təxirə salınıb, 13 aviareys ləğv edilib. Domodedovo aeroportunda 9 reys təxirə salınıb, 12 reys ləğv edilib.

Həmçinin "Şeremetyevo"da 17 uçuş təxirə salınıb, "Vnukovo"da isə 10 uçuş təxirə salınıb, 1-i ləğv edilib.

Bundan əvvəl sinoptiklər yanvarın 27-də Moskvada küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31