Yaponiya barmaq izlərinin skan edilməsinin yeni texnologiyasını hazırlayıb

“Japan Display Inc.” şirkəti tutumlu texnologiya əsasında hazırlanmış, şüşə altında quraşdırılmış daktiloskopik skanerin ilk prototipini təqdim edib. Bu texnologiya təhlükəsizlik sisteminin vacib olduğu müxtəlif devays və qadcetlərə tətbiq ediləcək. “Dni24.com” saytı xəbər verir ki, “Pixel Eyes” adlanan skanerin ölçüləri 8x8 millimetr təşkil edir. Sensor çox həssas olduğundan insanın ən kiçik toxunuşlarına belə reaksiya verir.

"Japan Display Inc." şirkəti tutumlu texnologiya əsasında hazırlanmış, şüşə altında quraşdırılmış daktiloskopik skanerin ilk prototipini təqdim edib. Bu texnologiya təhlükəsizlik sisteminin vacib olduğu müxtəlif devays və qadcetlərə tətbiq ediləcək. "Dni24.com" saytı xəbər verir ki, "Pixel Eyes" adlanan skanerin ölçüləri 8x8 millimetr təşkil edir. Sensor çox həssas olduğundan insanın ən kiçik toxunuşlarına belə reaksiya verir.

Qeyd edilib ki, yeni texnologiya Çinin "Vivo" şirkətinin "Synaptics" texnologiyasından fərqlənir. İkinci variant sadəcə ekranın altında quraşdırılmış skanerdir. Yaponiya istehsalçılarının hazırladıqları skaner isə barmaq izlərinin skan edilməsi üçün ayrıca aktiv sahədir. Yeni texnologiyanın tətbiqinə növbəti ildən başlanılacağı bildirilib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31