İsveçdə televiziya binasını yandırmağa çalışdılar

İsveçin Göteborq şəhərində naməlum şəxs İsveç Teleradio şirkətinin binasını yandırmağa çalışıb.

İsveçin Göteborq şəhərində naməlum şəxs İsveç Teleradio şirkətinin binasını yandırmağa çalışıb. Məlumata görə, bu barədə polis məlumay yayıb. Məlumatda deyilir ki, səhər saatlarında hadisə yerinə gələn polislər yaralı şəxsi aşkar ediblər. Şəxs polisə etiraf edib ki, o, pəncərəni sındıraraq binanı yandırmağa cəhd göstərib. Polislər həmin şəxsi əvvəlcə xəstəxanaya, daha sonra ifadə almaq üçün polis bölməsinə aparıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31