Beynəlxalq münasibətlərdə güc faktoru
Beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutan və bu sistemin formalaşdığı ilk dövrlərdən bəri geniş tədqiqat və diskussiyalara səbəb olan məsələlərdən biri də beynəlxalq münasibətlərdə gücün oynadığı roldur. Güc nədir və onun beynəlxalq münasibətlərdə yerinə yetirdiyi funksiyalar hansılardır? Bu və digər dövlətlər gücdən istifadə zamanı hansı kriteriyaları üstün tuturlar?
15 Noyabr 2017 13:43 DünyaBeynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutan və bu sistemin formalaşdığı ilk dövrlərdən bəri geniş tədqiqat və diskussiyalara səbəb olan məsələlərdən biri də beynəlxalq münasibətlərdə gücün oynadığı roldur. Güc nədir və onun beynəlxalq münasibətlərdə yerinə yetirdiyi funksiyalar hansılardır? Bu və digər dövlətlər gücdən istifadə zamanı hansı kriteriyaları üstün tuturlar? Siyasi elmlər üzrə fəlsəfə doktoru, konfliktoloq Əlimusa İbrahimov qeyd edib ki, bu suallara cavab vermək üçün ilk növbədə gücün Beynəlxalq Münasibətlər sistemində tutduğu rola diqqət yetirmək lazımdır: "Beynəlxalq münasibətlərdə güc müxtəlif aspektlərdən izah olunur. Muasir tendensiyalar gücü dövlətin malik olduğu qüvvə kimi hərbi və iqtisadi hissələrə bölürlər. Beynəlxalq münasibətlər sistemində yetərli qüvvəyə malik olan dövlətlər kiçik güc, orta güc, regional güc, böyük güc, super güc və hegemon gücə malik dövlətlərə ayrılırlar. Digər tərəfdən NATO, G7, BRİCS, G20 kimi müxtəlif gücləri özündə birləşdirən güc mərkəzləri də qeyd olunan sistemdə dövlətlərlə birgə fəaliyyət göstərirlər. Beynəlxalq münasibətlər sisteminin dövlətlərdən başqa aktorları da müxtəlif güc kateqoriyaları səviyyəsinə malik olaraq fəaliyyət göstərə bilərlər. Bu aktorlara çoxfunksiyalı beynəlxalq təşkilatlar, NATO kimi hərbi birlik və təçkilatlar, Voll-Mart kimi Beynəlxalq korporasiyalar, qeyri-hökumət təşkilatları və sair daxildir". Onun sözlərinə görə, siyasi texnoloqlar, tarixçilər və beynəlxalq münasibətlərin praktiki istifadəçiləri olan diplomatlar beynəlxalq güc məfhumuna aşağıdakı elemetləri daxil edirlər: Güc siyasi lider və ya dövlətin məqsədi kimi; Güc hadisə, problem, aktor və nəticələrin əmələ gəlməsinə təsir edən nüfuz kimi; Güc münaqişədə qalib gəlmək və təhlükəsizliyə nail olmaq üçün vasitə kimi;Güc maddi və mənəvi dəyərlərə nəzarət etmək imkanı kim; Güc bəzi aktorların malik olduğu, digərlərinin əldə edə bilmədiyi status kimi: "Qeyd olunan kriteriyaları ayrılıqda nəzərdən keçirək. Beynəlxalq münasibətlər sistemində siyasi liderlərin və ya dövlətin məqsədi kimi gücdən istifadənin ilk təhlilini Nikolo Makiavelli (Məşhur italyan diplomatı və Renessans dövrünün yazarıdır ) və Hans Morqentaunun ( Amerika Politoloqu) tədqiqatlarında rast gəlirik. Bu mütəxəssislərin fikrincə güc cəmiyyətin və dövlətlərin əzəli məqsədidir. Hərbi güc, iqtisadi güc, mədəni güc və sair bunlar hamısı beynəlxalq münasibətlərdə mühüm yer tutmağa səbəb olan vasitələrdir. Deməli bu vasitələrlə dövlətlər və liderlər öz məqsədlərinə nail olmaq üçün mübarizə aparmışlar və aparmaqdadırlar. Almaniyalı hərbi mütəfəkkir Karl Fon Klauzeviç gücün beynəlxalq münasibətlərdə məqsəd çatmaq üçün oynadığı roldan ətraflı bəhs etmişdir. Almaniyanın məqsədinə nail olmaq üçün gücdən hansı formada istifadə etməsini Klauzeviç əyani misallarla göstərir. Güclə nüfuzun qarşılıqlı əlaqəsini başa düşmək üçün NATO-nun və Amerika Birləşmiç Ştatlarının hərbi potensialını nəzərdən keçirək. Bu gün dünyada hərbi gücü və silah tədarükünə ayrılan vəsaitin miqdarına görə heç bir qüvvə bu təşkilaatla müqayisə oluna bilmir. Bütün dünya üzrə hərbi xərclərə ayrılan vəsaitin 70% - i NATO-nun payına düşür. Amerika Birləşmiş Ştatları isə qlobal hərbi xərclərin 43%-ni üzərinə götürür. Deməli NATO hərbi xərclərə ödədiyi vəsait hesabına ən güclü hərbi təşkilata çevrilmişdir və ABŞ-la birlikdə dünyanın istədiyi bölgəsində silah işlətmədən silahlanmanın verdiyi nüfuzdan istifadə edərək öz dəyərlərini irəli aparır. ABŞ Prezidenti Donald Trumpın Cənubi Koreyanın Milli Assembleyasında çıxışı zamanı dediyi kimi" Mən "gücün gətirdiyi sülhün tərəfdarıyam." Deməli həm də bu gücün gətirdiy nüfuzun. Amma bəzən bu gücün gətirdiyi sülh insanlıq dəyərlərinin tam əksi olur. Gücün nüfuzu vasitəsilə dünyanın idarə edilməsi haqqında tarixdən çoxlu misallar mövcuddur. Alman İmperiyası, Faşist Almaniyası, Napoleon Fransası, Osmanlı İmperiyası, Sovet İttifaqı malik olduqları gücün verdiyi nüfuzdan istifadə edərək tarixin müəyyən kəsimində öz siyasətlərini digər ölkələrə diktə etmişlər.Gücün imkan funksiyasında çıxış etməsi barədə də beynəlxalq münasibətlər sistemində yetərincə faktlar mövcuddur. Amerika politoloqu Çarles Freeman Gücü aşağıdakı formada təsvir edir: - Güc digərlərinin qərar və fəaliyyətlərini istiqamətləndirmək imkanıdır.Güc qüvvə və istəyin birliyindən doğur. Qüvvə resursların imkana çevrilməsi nəticəsində yaranır. İstək məqsədlərə qarşı qəti inamı təşkil edir. Strategiya imkanları idarə edir və onları həssaslıqla nəticəyə istiqamətləndirir". O, bildirib ki, güc eyni zamanda resurs və imkanların birgə hədəfə yönəlməsi ilə şərtləndirilir.Tomas Hobbs Gücü təsvir edərkən qeyd edirdi: " Güc üfüqdə olan hədəflərə çatmaq imkanının əldə olunmasıdır". Gücün status kimi çıxış etməsi də beynəlxalq münasibətlərdə tez-tez istifadə olunan tezislərdəndir və bu sahədə yetərincə akademik araşdırmalar növcuddur. Bu və ya digər dövlət hərbi, iqtisadi, mədəni sahədə gücə-nüfuza malikdirsə deməli bu dövlətin güclə ifadə olunmuş statusu mövcuddur: "Qeyd olunanlardan başqa beynəlxalq münasibətlər sistemində gücün digər kateqoriyaları haqqında da yetərincə diskussiyalar aparılmaqdadır. Bunlar- supergüc, böyük güc, orta güc, kiçik güc, regional güc, enerji ilə bağlı güc, sərt güc, yumşaq güc və sair kimi müəyyən olunur. İstənilən dövlətin sadalanan güclərdən hansına daxil edilməsi dünya dövlətlərinin onu bu və ya digər funksiyada görüb-görməmələri ilə şərtlənir. Bəzən belə fərqləndirmənin aparılması çətinlik yaradır. Yəni bu və ya digər dövlət öz mövcud statusundan artıq iddialara malik ola bilər. Bu zaman Beynəlxalq münasibətlər sistemində müəyyən kazuslar yaranır. Dövlətlər də insanlar kimi imkanlarını qiymətləndirə bilmədikdə problemlərlə üzləşir. Beynəlxalq münasibətlər sistemində baş verən münaqişələrin əksəriyyəti belə anlaşılmazlıqlar nəticəsində meydana gəlir. Beləliklə Beynəlxalq münasibətlər sistemində qüvvələr balansını saxlamaq üçan dövlətlər öz status və qüvvələrinə uyğun hərəkət etməlidirlər".
Alim