Avropadakı 7 əsrlik türk məscidində güclü YANĞIN
23 Mart 2017 12:26 DünyaYunanıstanın Dimetoka şəhərində yerləşən tarixi Bəyazid məscidində güclü yanğın hadisəsi baş verib.
Gecə saatlarında başlayan yanğın nəticəsində məscidə ciddi zərər dəyib. İlkin ehtimala görə, yanğına səbəb məsciddə təmir işləri aparılan zaman elektrik naqillərindən çıxan qığılcım olub. Yanğının təxribat olması ehtimalının da olduğu deyilir.
Onu da bildirək ki, sözügedən məscid 2 ildir təmirə görə bağlanmışdı.
"Çələbi Mehmet" adı ilə də tanınan Bəyazid məscidi 14-cü əsrin sonlarında Sultan I Bəyazit tərəfindən inşa etdirilib. 22 metrlik minarəsi olan məscidin inşası isə 1420-ci ildə tamamlanıb. Bəyazid məscidi Balkanlarda Osmanlı İmperiyası dövründən qalan ən önəmli tarixi tikili hesab olunur. Sözügedən məscid Yunanıstanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühafizə olunur. Publika.az