NATO Qara dənizdə hərbi təlimlər keçirir

Qara dənizdə NATO üzvü olan 4 ölkə ilə Ukrayna birgə hərbi təlimlərə başlayıblar.

Təlimlərə Ukrayna Hərbi Dəniz Qüvvələrinin "Qeniçesk" tral gəmisi və NATO-nun mina əleyhinə daimi gəmilər qrupu cəlb edilib.

Martın 17-də Polşa, İspaniya, Almaniya və Türkiyə hərbi gəmiləri təlimlərdə iştirak etmək üçün Odessaya gəliblər.

Qeyd edək ki, martın 20-də Rusiya Qara Dənizdə və Krımda irimiqyaslı hərbi təlimlərə başladığını elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31