Ermənistanın Rusiya ilə quru əlaqəsi KƏSİLDİ
20 Mart 2017 13:38 DünyaGürcüstanı və Ermənistanı Şimali Osetiya üzərindən Rusiyaya birləşdirən yuxarı Lars aşırımında bütün növ nəqliyyat üçün hər iki istiqamətə hərəkət dayandırılıb.
Buna səbəb qar uçqunu təhlükəsinin yaranmasıdır. Gürcüstan DİN bildirib ki, hərəkətin nə zaman bərpa ediləcəyi məlum deyil. Hazırda Yuxarı Lars keçidində Rusiya tərəfdən 100-ə yaxın yük maşını qalıb. Onların əksəriyyəti Ermənistana yük daşıyan maşınlardır. Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31