Beyrutu etiraz aksiyaları bürüdü
19 Mart 2017 19:32 DünyaBeyrutu etiraz aksiyaları bürüyüb.
Etiraza səbəb ölkədə hökumətin yeni vergilər tətbiq etmək planları olub.
Yüzlərlə nümayişçi paytaxt küçə və meydanlarına çıxaraq hökuməti bu addımdan çəkinməyə səsləyən şüarlar səsləndirib.
Etiraz aksiyasında iştirak edənlər və ölkə əhalisinin əksəriyyəti bu fikirdədir ki, yeni tətbiq ediləcək vergilər az təminatlı təbəqənin yaşayışını daha çox ağırlaşdıracaq. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31