"Bana sevmeyi anlat" bitir? - açıqlama

FOX TV-də yayımlanan "Bana sevmeyi anlat" serialının bitəcəyi barədə xəbərlər yayılıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yayım günü dəyişdirilən serial bundan sonra reytinqdə daha da geriləməyə başlayıb.

FOX TV-də yayımlanan "Bana sevmeyi anlat" serialının bitəcəyi barədə xəbərlər yayılıb.

Məlumata görə, yayım günü dəyişdirilən serial bundan sonra reytinqdə daha da geriləməyə başlayıb.

Baş rollarında Kadir Doğulu və Seda Bakanın çəkildiyi ekran işinin bu ayın sonunda final edəcəyi deyilirdi. Lakin serialı çəkən şirkət bununla bağlı açıqlama verərək xəbərlərin əsassız olduğunu bildirib. Eləcə də telekanal serialın çəkilişlərinin davam etdiyini, hazırda ekran işinin yayımının dayandırılmasının heç müzakirəyə çıxarılmadığını deyib. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31