Yanacaqdoldurma məntəqələrinin min əməkdaşı işsiz qaldı

Ukrayna Dövlət Fiskal Xidməti "BRSM-Nafta" yanacaqdoldurma kompleksi (YDM) şəbəkəsinin 60 yanacaqdoldurma stansiyasına və "BRSM-Nafta"nın neft bazasına həbs qoyub.

Ukrayna Dövlət Fiskal Xidməti "BRSM-Nafta" yanacaqdoldurma kompleksi (YDM) şəbəkəsinin 60 yanacaqdoldurma stansiyasına və "BRSM-Nafta"nın neft bazasına həbs qoyub.

Olaylar.az report-a istinadən xəbər verir ki, bununla da şirkətin təxminən min əməkdaşı işsiz qalıb. YDM şəbəkəsinin strateji marketinq departamentinin direktoru Aleksandr Melniçuk noyabrın 29-da vergi orqanının daha 16 obyektin işini dayandırdığını bildirib.

"Vergilərdəki rəhbər şəxslər məhkəmənin "BRSM-Nafta"nın xeyrinə olan qərarlarına riayət etmirlər və şirkət əməkdaşlarının iş yerlərinə keçmələrinə imkan vermirlər. DFX-nin bu hərəkətlərinə cavab olaraq, noybarın 30-da "BRSM-Nafta" kollektivi şirkətə hücumun dayandırılması və DFX-nin sədri Roman Nasirovun istefaya göndərilməsi tələbi ilə etiraz aksiyasına başlayır", - deyə YDM şəbəkəsinin strateji marketinq departamentinin direktoru vurğulayıb.

Şirkətdən bildiriblər ki, işçilər dekabrın 1-də Nazirlər Kabineti və Baş Prokurorluq istiqamətində yürüş keçirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31