Ermənistanın baş naziri hakim partiyaya üzvlüklə bağlı ərizə verib

Ermənistanın baş naziri Karen Karapetyan hakim Respublikaçılar Partiyasına üzv olmaq haqda ərizə verib.

Ermənistanın baş naziri Karen Karapetyan hakim Respublikaçılar Partiyasına üzv olmaq haqda ərizə verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bu barədə hökumətin noyabrın 24-də keçirilən toplantısında bildirib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarqsyan bu partiyanın sədridir. Karen Karapetyanın əvəzlədiyi keçmiş baş nazir Ovik Abramyan da bu partiyanın üzvüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31