Təyyarə qəzaya uğradı: ölənlər var

Peruda iki mühərriklik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub. Report bildirir ki, hadisə Kaxamarka şimal departamentinin ərazisində baş verib. "Cessna 207" təyyarəsi San Migel əyalətində qəzaya uğrayıb.

Peruda iki mühərriklik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Report bildirir ki, hadisə Kaxamarka şimal departamentinin ərazisində baş verib.
"Cessna 207" təyyarəsi San Migel əyalətində qəzaya uğrayıb.

Yerli "Air Majoro" aviaşirkətinə məxsus olan layner cənubdakı Naska şəhərindən ölkənin şərqində yerləşən Pukallpa şəhərinə reys həyata keçirirmiş. Uçuş zamanı təyyarə istiqamət kursundan çıxıb, onun ekipajıyla əlaqə kəsilib.

İlkin məlumatlara görə, qəza əlverişsiz hava şəraiti nəticəsində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31