417 PKK-çı məhv edildi
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı avqustun 29-dan etibarən aparılan antiterror əməliyyatları ilə bağlı məlumat yayıb.
10 Oktyabr 2016 11:31 DünyaTürkiyə Silahlı Qüvvələri Baş Qərargahı avqustun 29-dan etibarən aparılan antiterror əməliyyatları ilə bağlı məlumat yayıb.
Trend bildirir ki, əməliyyatlar çərçivəsində PKK terror təşkilatının 417 üzvü məhv edilib, 88 hərbi qulluqçu ölüb.
Məlumatda qeyd olunur: "Avqustun 29-dan aparılan əməliyyatlar çərçivəsində PKK üzvü olan 537 terrorçu zərərsizləşdirilib. Onlardan 417-si məhv edilib, 61-i yaralanıb, 41-i təslim olub, 18-i isə tutulub. Əməliyyatlar zamanı 88 türk hərbçisi həlak olub, 152-si xəsarət alıb. Bundan başqa, terrorçulara məxsus külli miqdarda silah-sursat ələ keçirilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31