Ermənistanda qaz və işıq bahalaşır - 300 milyon borc var
Ermənistanın mavi yanacaq borcu artıq 300 milyon dollara çatıb. Azvision.az bildirir ki, borclanmanın qarşısını almaq üçün hökumət enerji tariflərinə yenidən baxmağı qərara alıb:
20 Sentyabr 2016 16:11 DünyaErmənistanın mavi yanacaq borcu artıq 300 milyon dollara çatıb.
Azvision.az bildirir ki, borclanmanın qarşısını almaq üçün hökumət enerji tariflərinə yenidən baxmağı qərara alıb:
"Qiymət artımı qaçılmazdır. Əks təqdirdə, Ermənistanın elektrik şəbəkəsi tamamilə çökəcək. Qiymətlər artmasa, 2-3 ildən sonra vəziyyət kritik ola bilər", - deyə məlumatda bildirilib.
Ermənistanın Enerji və Təbii Ehtiyatlar Nazirliyindən bildirilib ki, qazın qiyməti artandan sonra elektrik enerjisində də qiymət artımı olacaq.
Qeyd edək ki, Ermənistanda sonuncu dəfə ötən ilin avqustunda qazın qiyməti qaldırılıb. Bundan sonra ölkədə etiraz aksiyaları vüsət almışdı.