Şimali Koreya dünyaya meydan oxuyur: növbəti raket sınağı
Şimali Koreya kosmosa peyk buraxmaq üçün raket mühərrikini uğurla sınaqdan keçirib. Teleqraf.com xəbər verir ki, bununla bağlı Şimali Koreyanın rəsmi mediası məlumat yayıb.
20 Sentyabr 2016 16:05 DünyaŞimali Koreya kosmosa peyk buraxmaq üçün raket mühərrikini uğurla sınaqdan keçirib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Şimali Koreyanın rəsmi mediası məlumat yayıb.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In alim və mühəndislərə ən qısa müddətdə kosmosa peyk buraxmağı tapşırıb. Məlumatda bildirilib ki, buna görə də Pxenyan yaxın müddətdə daha bir raket mühərrikinin sınağını həyata keçirəcək.
Bu arada Şimali Koreyanın beşinci nüvə testinə cavab olaraq ABŞ və Çin BMT-də əməkdaşlıqlarını artırmağa razılaşıblar. Reuters agentliyinin məlumatlarında bildirilib ki, ABŞ və Çin rəsmiləri Şimali Koreyanın sınağına cavab olaraq potensial BMT sanksiyaları qətnaməsini müzakirə etməyə başlayıblar.