Sarkisyan 7 yeni nazir təyin etdi
Ermənistan prezidenti Serj Sarkisyan yeni hökumətdə ilk təyinatlar edib.
20 Sentyabr 2016 14:07 DünyaErmənistan prezidenti Serj Sarkisyan yeni hökumətdə ilk təyinatlar edib.
Azvision.az bildirir ki, Sarkisyanın sərəncamı ilə Vaçe Qabrelyan baş nazirin müavini, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri, David Arutunyan isə hökumət aparatı rəhbəri postlarında qalıblar.
Ermənistanda yeni maliyyə naziri Vardan Armanyan, nəqliyyat və rabitə naziri Vaan Martirosyan, kənd təsərrüfatı naziri İqnatiy Arakelyan, energetika və təbii sərvətlər naziri isə Aşot Manukyan təyin olunub.
Sarkisyan, həmçinin Aleksan Arutunyanı Prezident Administrasiyasının rəhbərinin müavini təyin edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31