ABŞ-da 37 yaşlı erməni güllələndi
Los-Ancelesdə evinin qapısını açmaq istəyən erməni öldürülüb.
16 Sentyabr 2016 11:23 DünyaLos-Ancelesdə evinin qapısını açmaq istəyən erməni öldürülüb.
Azvision.az bildirir ki, hadisə baş verən zaman 37 yaşlı Ovik Krobyan həyat yoldaşı və 9 yaşlı qızı ilə evdə pizza gətirilməsini gözləyirmiş.
Polisdən verilən məlumata görə, Krobyan pizza gətirilməsini gözlədiyi üçün gecə yarısı döyülən qapını açıb. Qapını açan kimi ona bir neçə istiqamətdən atəş açılıb.
Erməninin həyat yoldaşı və qızı hadisə nəticəsində xəsarət almayıblar.
İstintaq idarəsinin nümayəndəsi Ed Uinter bəyan edib ki, onlar Krobyan ailəsinin qonşularını sorğu-sual ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, insident qanqster mübahisəsi zəminində baş verib. Krobyan ona atəş açanları tanıyıb.
Pizza çatdırma xidməti insidentdən bir neçə dəqiqə sonra hadisə yerinə gəlib.
Faktla bağlı araşdırmalar davam edir.