Rusiyada 13 yaşlı qız dərsdə ölüb

Rusiyanın Novosibirsk şəhərində 13 yaşlı qız rəqs dərsi zamanı ölüb.

Rusiyanın Novosibirsk şəhərində 13 yaşlı qız rəqs dərsi zamanı ölüb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Novosibirsk vilayəti üzrə idarəsi məlumat yayıb.

İlkin məlumata əsasən ötən axşam Novosibirskin Lenin rayonunun ümumtəhsil məktəblərindən birində xoreoqrafiya ilə məşğul olan zaman qızın halı pisləşib. Bir az sonra o, ölüb. Faktla bağlı istintaq öncəsi araşdırmaya başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31