Həkim 50-yə yaxın xəstəsini hamilə qoydu - DÜNYA ŞOKDA

ABŞ-da 77 yaşlı həkimin şok əməlinin üstü açılıb.

ABŞ-da 77 yaşlı həkimin şok əməlinin üstü açılıb.

Big.az xəbər verir ki, İndianapolis şəhərində yerləşən xəstəxananın baş həkimiDonald Kraynın qadın xəstələrinə qarşı qanunsuz əməli ifşa olunub. Belə ki, o, 50-yə yaxın xəstəsinə süni mayalanma zamanı həmin qadınların həyat yoldaşlarının sperması əvəzinə öz spermasından istifadə edib. Övlad sahibi olmaq üçün böyük çətinliklə qarşılaşan ailələr sözügedən klinikada baş həkimə müraciət etsələr də, onlar həkim saxtakarlığının qurbanı olublar. 

Qalmaqallı hadisə övladından şübhələnən iki ailənin DNT testi etməsi nəticəsində ortaya çıxıb.
 
Onlarla uşağın bioloji atası olan həkim həbs olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31