Rusiyaya qarşı "su müharibəsi" başladı - Prezidentdən GÖSTƏRİŞ

Ukrayna prezidenti Pyotr Poroşenko BMT-nin dəniz hüququ üzrə Konvensiyasının pozulması ilə əlaqədar arbitraj məhkəməsində Rusiyaya qarşı iddia qaldırılması barədə Xarici İşlər Nazirliyinə tapşırıq verib.

Publika.az bildirir ki, bu haqda Tvitter səhifəsində Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Seqolko yazıb.
 
Çərşənbə axşamı Ukrayna Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bildirib ki, Kiyev BMT-nin dəniz hüququ üzrə Konvensiyası çərçivəsində Moskvaya qarşı iddia qaldıracaq. Onun sözlərinə görə, Ukrayna kompensasiyanın ödənilməsinə nail olmaq niyyətindədir.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə, öz növbəsində, bildirib ki, Moskva öz maraqlarının müdafiəsi üçün beynəlxalq hüququn bütün alətlərindən istifadə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31