Ebru ondan da ayrıldı? - açıqlama
Model Ebru Şallı üç həftədir sevgi yaşadığı aktyor Cem Yılmazdan ayrıldıqları barədə yayılan xəbərlərə reaksiya verib.
14 Sentyabr 2016 19:39 DünyaModel Ebru Şallı üç həftədir sevgi yaşadığı aktyor Cem Yılmazdan ayrıldıqları barədə yayılan xəbərlərə reaksiya verib.
Türkiyə mətbuatının məlumatına görə, hər kəsi təəccübləndirərək sevgili olmağa qərar verən cütlük son günlər ayrı görünməklə bu söz-söhbətə yol açmışdı. C.Yılmazın keçmiş həyat yoldaşı və oğlu ilə istirahətə getməsi isə deyilənlərin doğruluğunu gücləndirmişdi.
E.Şallı isə ilk açıqlama verərək "Ayrılmadıq, bir yerdəyik. Sadəcə bayramda uşaqlarımızla vaxt keçiririk" deyib.
Qeyd edək ki, yay aylarında uzun müddət birgə olduğu müğənni Sinan Akçıldan ayrılmaq qərarı vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31