İŞİD Mosulun neft quyularını yandırdı

İŞİD terrorçuları İraqın Mosul şəhərinin Kayyara bölgəsində 11 neft quyusunu yandırıb. 

İŞİD terrorçuları İraqın Mosul şəhərinin Kayyara bölgəsində 11 neft quyusunu yandırıb. 

Axar.az bildirir ki, Neft Nazirliyinin sözçüsü Asim Cihad açıqlamasında quyulardan 9-nun söndürüldüyünü, daha iki quyuda isə çalışmaların davam etdiyini deyib.
 
Digər tərəfdən Mosul Əməliyyatları komandiri, general-mayor Nəcm Cuburi Kayyarada aparılan əməliyyatlardan sonra minə yaxın ailənin öz evinə döndüyünü açıqlayıb. Cuburi bayramdan sonra daha min ailənin öz yurduna qayıdacağını bildirib.
 
Xatırladaq ki, İraqın ən zəngin neft bölgələrindən sayılan Kayyara iki illik fasilədən sonra, avqustun 25-də İŞİD-dən azad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31