İranda neft emalı zavodu yandı: yaralılar var
İranın cənubunda yerləşən Assaluye sənaye regionunda "Mobin Petrochemical" şirkətinə məxsus neft emalı zavodunda baş verən güclü yanğında dörd nəfər xəsarət alıb.
14 Sentyabr 2016 15:10 Dünyaİranın cənubunda yerləşən Assaluye sənaye regionunda "Mobin Petrochemical" şirkətinə məxsus neft emalı zavodunda baş verən güclü yanğında dörd nəfər xəsarət alıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, yanğınsöndürmə xidmətinin əməkdaşlarının səyi nəticəsində yanğın lokallaşdırılıb.
Buşehr əyalətinin Antiböhran idarəsinin nümayəndəsi Kasem Kaedinin bildirdiyinə görə, zavodun yaxınlığında yerləşən "Cənubi Fars" qaz yatağındakı işlərə heç bir təhlükə yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31