Dəhşətli qəza: Üzərindən 1 avtobus, 4 maşın keçdi

Türkiyədə dəhşətli yol qəza hadisəsi qeydə alınıb.

Türkiyədə dəhşətli yol qəza hadisəsi qeydə alınıb.

"Haberler" xəbər verir ki, qəza Edirnə yolunda baş verib. Yunanıstandan mindirdiyi sərnişinləri İstanbula aparan taksi yolu keçmək istəyən piyadanı vurub qaçıb. Daha sonra vurulan piyadanın üzərindən 1 avtobus və 4 maşın keçib. Yerdə canını tapşıran piyadanı görən sürücülərdən biri polisə və təcili tibbi yardıma xəbər verib. 

Məlum olub ki, ölən şəxs 38 yaşlı Özcan Kozludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31