"Metsamor" AES-lə bağlı məxfi materiallar üzə çıxa bilər

"Metsamor" atom elektrik stansiyası (AES) təkcə Ermənistan üçün deyil, həm də bütün Cənubi Qafqaz regionu üçün təhlükə ocağına çevrilib.

"Metsamor" atom elektrik stansiyası (AES) təkcə Ermənistan üçün deyil, həm də bütün Cənubi Qafqaz regionu üçün təhlükə ocağına çevrilib.

Ermənistan mətbuatının verdiyi məlumata görə, bunu mütəxəssis, bu yaxınlarda "Metsamor" AES-dən işdən qovulmuş Aleksandr Ovakimyan deyib.

O bildirib ki, daha əvvəl Müdafiə Nazirliyinin əks-kəşfiyyat orqanlarında çalışarkən AES barədə bəzi məxfi məlumatlar əldə edib. Həmin məlumatlar ictimaiyyətdən gizlədilib.

A.Ovakimyan qeyd edib ki, Ermənistan hökuməti AES-i yaxın vaxtlarda bağlamasa, həmin məlumatları KİV-lə bölüşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31