“Playboy”un modeli 6 aylıq həbs oluna bilər - Çılpaq fotoya görə

Məşhur “Playboy” modeli Dani Mathers həbs oluna bilər.

Məşhur "Playboy" modeli Dani Mathers həbs oluna bilər.

Xarici KİV xəbər verir ki, model haqqında həbs qərarı ötən ay ABŞ-ın Los Anceles şəhərində idman salonlarının birində çəkdiyi şəkilə verilə bilər. Belə ki, 29 yaşlı model bir qadının çılpaq olaraq görüntüləndiyi foto üzündən 6 ay həbs cəzası ala bilər. 

Şəkli sosial şəbəkədə paylaşan Mathers yaşlı qadının bədənini məzxərəyə qoyduğu və qadının icazəsi olmadan çılpaq görüntüsünü yayımladığı üçün sərt tənqidlərə məruz qalıb. Məşhur model "razılıq olmadan özəl görüntüləri internetdə yaymaq" ittihamı ilə mühakimə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31