Cənubi Amerika hara, Fatmagül hara...

Türk serialının iki qəhrəmanı gecə vaxtı çimərlikdə oturub bir-birinin gözünə baxır. Bu anda Cənubi Amerikada milyonlarla izləyici nəfəs də almağa çəkinir, huş-guşla tamaşa edirlər."Səni itirməkdən qorxuram", nəvazişlə danışan Kerim Fatmagülü qucaqlayıb saçını tumarlayır. "Qorxmağa səbəb yoxdur", deyən Fatmagül ehtirasla ona baxır və... öpüşürlər. Bu kadr Türkiyənin "Fatmagüluü suçu nə?" serialındandır".

BBC  yazır ki, ispan və portuqalcaya tərcümə olunmuş bu serial Cənubi Amerika son bir ildə rekord səviyyədə izlənir. Təkcə Argentinada 12 milyondan çox adam bu seriala baxır.Türk serialları ümumilikdə Cənubi Amerikada çox sevilir. "1001 gecə" serialı 2014-cü ildə Çilidə ən çox baxılan proqram olmuşdu. Müəllif bunun səbəbini araşdırmağa çalışır. Təkcə Argentinada 12 milyondan çox adam bu seriala baxır.

42 yaşlı çilili Marcela Mera paytaxt Santiaqoda yaşayır, türk seriallarının pərəstişkarıdır. Deyir ki, onu türk filmlərində cəlb edən köhnə dəb romantikadır, Hollivud filmlərindəki aşırı seksuallaşdırma yoxdur. Bu səbəbdən ABŞ deyil, türk seriallarına üstünlük verir.

"Türkiyə uzaq olsa da, mədəniyyətlərimizdə oxşarlıq görürəm. Həm də yüksək keyfiyyətli istehsaldır, Hollivud klişelərindən, stereotiplərindən uzaqdır. Bu dramalara baxanda anladım ki, Amerika televiziyasındakı zorakılıq və seksdən çox yorulmuşam", o danışır.

Perunun paytaxtı Limada isə 23 yaşlı universitet tələbəsi İvette Sançez türk serialı həvəskarıdır. O, ssenaridən məmnundur, aktyorların yaraşıqlı olmasını vurğulayır.

Ötən il Türkiyə serialların satışından 250 milyon dollar qazanıb. 2014-cü ildə bu rəqəm cəmi-cümlətani 10 min dollar idi. Hazırda dünyanın 140 ölkəsində 400 milyondan çox adam türk seriallarını izləyir.

Türkiyə İxracatçılar Assambleyasının (TEA) baş katibi Bader Arslan 2023-cü ilədək yerli TV məhsulları ixracının 1 milyarda çatacağına ümid edir. Müqayisə üçün, Böyük Britaniya TV proqramlarının satışından 2014-2015-ci illərdə 1,6 milyard dollar (1.2 milyard funt sterlinq) qazanıb. Ötən il Türkiyə serialların satışından 250 milyon dollar qazanıb.

Türkiyə TV və Sinema Prodüserləri Gildiyasının prezidenti Burhan Gundeyir ki, əsas sifarişin Cənubi Amerikadan gəlməsinin öz səbəbləri var. Birincisi, türklər cənubi amerikalılarla oxşardırlar. "Bundan başqa, Türkiyə multikultural ölkədir və müxtəlif etnik mənsubiyyətli aktyorlar var", o, sözlərinə əlavə edir. Digər tərəfdən, onun sözlərinə görə, türk serialları Cənubi Amerika və dünyanın başqa yerlərində baş verən sosial dəyişiklikləri araşdırır. "Məsələn, kənd yerlərindən şəhərlərə miqrasiya və urbanizasiya problemləri əksər türk şoularının mövzusudur".

Böyük Britaniyanın Sheffield Universitetində jurnalistikadan dərs deyən, Türkiyə mədəniyyətə barədə bir neçə akademik məqalə müəllifi Omar Al-Ghazzi türk seriallarının"cazibədar müasirlik"dən söz açmasına diqqət çəkir: "Onlar çoxlarına çatımlı olan rahat orta sinif həyatını vəsf edirlər, bu, mədəniyyət baxımından da çoxunu cəlb edir".

Müəllif qeyd edir ki, türk seriallarının bu uğuru prezident Rəcəb Tayyib Ərdoğanın ürəyincədir, axı onlar ölkənin beynəlxalq imicini gücləndirir. Amma bu sənaye sahəsi tamamilə müstəqil, hökumət dəstəyindən asılı olmadığını bəyan edir.

Düzdür, bəzi kino şirkətləri zaman-zaman prezidentin tənqidinə də məruz qalıb. Məsələn, Ərdoğan 2012-ci ildə "Muhteşem Yuzyil" serialında Osmanlı sultanının içki və qadın düşkünü kimi təqdimatından narazı qalmışdı.

Çilidə yaşayan 28 yaşlı türk biznesmen Alper Akosman isə türk seriallarının populyarlıq qazanması sayəsində çilililərin indi onun ölkəsiylə maraqlandığını vurğulayır. Elə bu yaxınlarda türk seriallarına həsr olunmuş xeyriyyə tədbiri də təşkil olunub:"Adamlar məndən soruşurdular ki, aktyorlarla əlaqə yaratmağın yolu varmı, onlara ismarışlarını çatdıra bilərəmmi".

"Peruda isə bir nəfər mənə deyirdi ki, din və mədəniyyət müxtəlifliyinə baxmayaraq, iki ölkənin ailə dəyərləri çox oxşardır", Türkiyə İxracatçılar Assambleyasının (TEA) baş katibi Bader Arslan vurğulayır. O, fevralda Prezident Ərdoğanı Çili, Peru və Ekvador səfərində müşayiət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31