Çadralı qadınları polis qorudu: İBRƏT OLASI ƏMƏL
Avropa ölkələrində çadralı, çarşablı, hicablı qadınlara olan tərbiyəsiz münasibət, belə xanımların təqib olunması ilə bağlı olaylar sürəkli olaraq artır.
9 Sentyabr 2016 11:56 DünyaAvropa ölkələrində çadralı, çarşablı, hicablı qadınlara olan tərbiyəsiz münasibət, belə xanımların təqib olunması ilə bağlı olaylar sürəkli olaraq artır.
Fransanın bir sıra şəhərlərində meriyalar qanunsuz olaraq burkinili qadınların çimərliklərdə olmalarını yasaqlayıblar.
Britaniyada isə bütün Avropaya ibrət olası əməl yaşanıb.
Daily Mail bildirir ki, Londonderri qraflığında bir dəstə suriyalı qadın çimərliyə gedib. Onları polislər müşayiət ediblər, hər hansı xoşagəlməz insidentin yaşanmaması üçün mühafizəni təmin ediblər.
Fəqət, suriyalı xanımlara və onların övladlarına çimərlikdə kimsə mənfi münasibət bəsləməyib. Əksinə, xristian britaniyalılar onları dəstəkləyiblər.
Daha sonra suriyalı qaçqınlar Benon və Maqilliqandakı restoranlara dəvət olunublar.
Britaniyadakı "North West Migrants Forum" və CARE (Community and Refugee Encounter) təşkilatları ölkədə islamofobiyanın güclənməməsi üçün hakimiyyətə təkliflər paketi də yolladıqlarını bəyan ediblər.