İstanbulda terrorçu PKK-nın qadın silahlısı tutulub
Türkiyənin İatnbul şəhərində Atatürk Beynəlxalq Hava Limanında keçirilən əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının tanınmış üzvlərindən olan qadın silahlı tutulub.
8 Sentyabr 2016 14:25 DünyaTürkiyənin İatnbul şəhərində Atatürk Beynəlxalq Hava Limanında keçirilən əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının tanınmış üzvlərindən olan qadın silahlı tutulub.
"Haberturk" xəbər verir ki, Milli İstiqbarat Təşkilatının İstanbul şöbəsi hava limanına Ebru Qırat adlı terrorçunun gələcəyini əvvəlcədən bilirimiş.
İnformasiyaya əsasən, "Amara" ləqəbli terrorçu təyyarədən düşərkən onu təhükəsizlik orqanının əməkdaşları həbs ediblər.
Xəbərdə bildirilib ki, onun PKK başçılarından Murat Karayılanla fotoları KİV-də yayılıb.
Məlumata görə, təhlükəsizlik idarəsində o, sorğu-sual edilir.