Türkiyədə də saatlar geri çəkilməyəcək

Türkiyədə qış vaxtı ləğv edilib.

Türkiyədə qış vaxtı ləğv edilib.

Nazirlər Kabinetinin bu barədə qərarı "Resmi Gazete"də yayılıb.

Qərara əsasən, bu il oktyabrın sonuncu bazar günü ölkədə saatlar 1 saat geri çəkilməyəcək.

27 Mart  2016-cı il tarixdə qəbul edilən yay vaxtı bütün il boyu davam edəcək. Qərara əsasən, ölkədə bundan sonra saatlar dəyişməyəcək.

Qeyd edək ki, Azərbaycanda ötən ildən saatların dəyişdirilməməsi barədə qərar qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31