Həbsxanada yanğın: 23 ölü, 9 yaralı

Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki həbsxanada baş verən yanğın nəticəsində azı 23 nəfər ölüb, 9 məhbus isə yanıq xəsarətləri alıb.

Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki həbsxanada baş verən yanğın nəticəsində azı 23 nəfər ölüb, 9 məhbus isə yanıq xəsarətləri alıb.

Report bildirir ki, bu haqda Efiopiya hökuməti məlumat yayıb.
Məlumata görə, 21 məhbus yanğının tüstüsündən boğularaq, yaxud izdiham nəticəsində həyatını itirib, iki nəfər isə həbsxanadan qaçmağa cəhd edərəkən, öldürülüb.

Yaralılara tibbi yardım göstərilib. Xəbərdə bildirilib ki, məhbuslar həbsxananın başqa binasına köçürülüb.

Yanğın baş vermə səbəbi məlum deyil. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31