Altı ay cinsi əlaqəyə girməyin! - ŞOK XƏBƏRDARLIQ
Dünya Səhiyyə Təşkilatı Zika virusunun geniş yayıldığı bölgələrdə yaşayan əhaliyə xəbərdarlıq edib.
7 Sentyabr 2016 18:23 DünyaDünya Səhiyyə Təşkilatı Zika virusunun geniş yayıldığı bölgələrdə yaşayan əhaliyə xəbərdarlıq edib.
Publika.az bildirir ki, beynəlxalq təşkilat Zika virusunun yayılmasının qarşısını almaq üçün sözügedən bölgələrin əhalisindən 6 ay ərzində cinsi əlaqəyə girməmələrini istəyib.
Dünya Səhiyyə Təşkilatının daha əvvəlki xəbərdarlığı yalnız kişilərə idi və səkkiz həftə ilə məhdudlaşırdı. Məlumata görə, Zika virusunun aşkarlandığı 60 ölkədən 11-də virusun cinsi əlaqə yolu ilə yayıldığı müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31