Bergüzar Korel və Halit Ergençin serialında qadağa
Bergüzar Korel və Halit Ergençin baş rolları paylaşacaqları "Vatanım sensin" serialının çəkilişləri başlayıb.
7 Sentyabr 2016 19:40 DünyaBergüzar Korel və Halit Ergençin baş rolları paylaşacaqları "Vatanım sensin" serialının çəkilişləri başlayıb.
Türkiyə mətbuatının məlumatına görə, 10 il sonra yenidən kamera qarşısına birgə keçən cütlüyün iştirak etdiyi çəkilişlərdə heç kəsə güzəşt edilmir. H.Ergençin "Möhtəşəm yüz il"də birgə işlədiyi Taylan qardaşlarının rejissorluq etdiyi ekran işində şərtlər çox ağırdır.
B.Korel müsahibəsində "Çəkiliş meydançalarında ən böyük problem olan gözlətmək burada yoxdur" deyib. Heç kimin nazıyla oynanmadığı çəkilişlərdə təkcə iki uşaqlı "Azize" rolunu oynayan Bergüzara bəzən güzəştə gedilir. Hətta çəkiliş meydançasından fotolar paylaşmaq da qadağandır.