Rusiya 15 milyard dollarlıq silah satacaq
Rusiya cari ildə 15 milyard dollar dəyərində silah ixrac etməyi planlaşdırır.
7 Sentyabr 2016 14:03 DünyaRusiya cari ildə 15 milyard dollar dəyərində silah ixrac etməyi planlaşdırır.
Trend bildirir ki, bu barədə RİA Novosti-yə "Rosoboroneksport"un baş direktorunun müavini Sergey Qoreslavski deyib.
O qeyd edib: "Ötən il olduğu kimi, biz 13 milyard dollar dəyərində silah satmağı planlaşdırırıq. Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin göstəriciləri ilə birlikdə bu rəqəm təqribən 15 milyard dollar təşkil edəcək".
S.Qoreslavski xatırladıb ki, "Rosoboroneksport" bu il artıq 7 milyard dollar dəyərində silah satıb: "Hər şey plan üzrə gedir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31